Keçi piyi, yağı tibbi elmi dildə loy adlanır. Bu piy uşaq və böyüklərdə bir çox xəstəliklərin müalicəsində və ümumilikdə faydalı bir məhsul kimi istifadə olunur.
E-saglam.az bildirir ki, loy- keçi yağının əridilmiş formasıdır. Həmçini keçi yağı keçi südündən də alına bilər.
Keçi yağının tərkibində A, C, B, D, E vitaminləri vardır. Həmçinin onda nadir B13 vitamini də var. Bu da insanı daxildən və xaricdən cavanlaşdırır.
Qeyd edək ki, keçi yağı çox kalorilidir, 100 qramında 900 kkal vardır. Ona görə daxilə onu çox miqdarda qəbul etmək olmaz.
Keçi piyini güvəndiyiniz insanlardan, keçi sahiblərindən alın və yağ mütləq təzə olmalıdır. Keyfiyyətli keçi piyi ağ rəngdə, yumşaq, dadı xoş və kənar qoxusuz olmalıdır. Əgər piy boz rəngə çalırsa, deməli köhnədir.
Əldə olunmuş yağı soyuducuda buz yerində saxlayırlar. Lazım olduqda, az-az götürüb istifadə olunur.
Keçi yağının faydaları:
Öskürək və bronxiti müalicə edir. Xüsusən uşaqlarda.
Mədə-bağırsaq xoraları, qastritdə.
Həzmi yaxşılaşdırır.
Zökəm, qripdə immuniteti qaldırır
Daxildən və xaricdən cavanlaşdırır - dırnaq, dəri və saçları yaxşılaşdırır
Daban şporu, duz yığılması, oynaq, diz ağrılarında, sinir iltihabında xaricə isidərək çəkilir, masaj olunur.
Keçi piyi ilə kürəyi, sinəni, boyunu masaj etmək və üzə ondan maska qoymaq olar.(saglamolun.az)