Xəbərlər
Keçi pendiri niyə bahadır? -
Xəbərlər
323

Keçi pendiri niyə bahadır? - AÇIQLAMA

"Azərbaycanda keçi biznesi çox zəifdir. Bunun da səbəbi ölkədə keçi sayının az olmasıdır".

E-saglam.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. 

Ekspert son vaxtlar xarici ölkələrdən Azərbaycana daha məhsuldar keçilərin gətirildiyini bildirib: 

"Məhsul az olduğu üçün istehsalçılar çalışır ki, yüksək qiymət müəyyən etsinlər. Problem odur ki, bu sahə ilə az adam məşğul olur. Getdikcə həm qoyunların, həm də keçilərin sayı azalır".

İqtisadçı keçi südünün faydalı olması barədə deyənləri ictimai rəy adlandırıb: 

"Bundan əlavə keçinin pendiri daha dadlıdır və s. bunun hamısı cəfəngiyyatdır. Düzdür fərq var, amma bu birinin digərində üstünlüyündə deyil. Yalnız təklif azdır. Az həcmdə keçi südü və pendiri istehsal olunur. Bu səbəbdən də bazara az həcmdə süd və pendir çıxarılır. Bundan istifadə edənlər də pendirin qiymətini qaldırır. Əgər alıcı olmasa, istehsalçılar qiyməti artıra bilməz. Digər tərəfdən, əgər istehsalçılar çox olarsa, onların arasında rəqabət olarsa bu halda qiymət aşağı olar". 

Vahid Məhərrəmli keçi südünün qiymətinin qoyun pendirindən aşağı olduğunu qeyd edək:

"Ən dadlı pendir qoyun pendiridir. Xüsusi ilə də motal pendiri".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun