Sağlamlıq
Kassa qəbzləri bədəndə yaralar yaradır,
Sağlamlıq

Kassa qəbzləri bədəndə yaralar yaradır, saçlar tökülür

“Termal kağızda çap olunan kassa qəbzləri sağlamlığa zərərlidir: kağıza vurulan toksin Bisfenol A insan dərisinə nüfuz edə və bir sıra xəstəliklərə səbəb ola bilər", - deyə mütəxəssislər xəbərdarlıq edir.

E-saglam.az xəbər verir ki, İsveç alimləri sübut edib ki, müntəzəm qəbzlə təmasda olmaq və əlləri təmizləmədən qida qəbul etmək ölümcül xəstəliklərin inkişaf riskini artıra bilər.

Kassada işləyən vətəndaşlar saçlarının tökülməyindən, əllərində yaranan yaralardan, barmaqlarından silinməyən boyalardan şikayət edir. Kassa çeklərinin 90%-nin tərkibində olan bisfenol dəriyə nüfuz edir və qana keçib bütün bədəni zəhərləyə bilir.

Xüsusilə autizm, dağınıq skleroz, dəri və döş xərçəngi kimi xəstəliklər yarada bilən çeklər hamilə qadınların uşaqlarını itirməyinə belə səbəb ola bilər, deyə mütəxəssislər xəbərdarlıq edir.

Laboratoriyalarda və istehsalatda bisfenol ilə işləyən insanlar maska ​​və əlcək taxır. Biz isə supermarketdə və ya yanacaqdoldurma məntəqəsində hər gün bu qəbzlərlə təmasda oluruq.

İndiyə qədər bisfenol yalnız uşaq qidalarının qablaşdırılmasında istifadə olunan materiallar üçün qadağandır. Onun yayılma gücü o qədər qüvvətlidir ki, plasmas qablarda deyil, şüşələrdə saxlanılır.(saglamolun.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun