Vakansiya
Kaspi Təhsil Şirkəti psixoloq
Vakansiya
79

Kaspi Təhsil Şirkəti psixoloq vakansiyası elan etdi

Bakı şəhərində fəaliyyət göstərən Kaspi Təhsil Şirkəti psixoloq vəzifəsi üzrə vakansiya elan edib.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:

Tam iş günü formatında olan vəzifə üçün əməkhaqqı müsahibə zamanı müəyyən ediləcək.

Vakansiya 10–24 fevral 2026-cı il tarixlərini əhatə edir və iş yeri “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC-dir.

Psixoloqun əsas öhdəlikləri sırasında şagirdlərin intellektual, emosional və sosial inkişafının təhlili, sinif və qrupdaxili psixoloji mühitin araşdırılması, tədrisdə çətinlik yaşayan uşaqlarla fərdi inkişaf planlarının hazırlanması və tətbiqinə nəzarət daxildir. Mütəxəssis həmçinin valideynlər, müəllimlər və pedaqoji heyətlə psixoloji maarifləndirmə işlərini aparacaq, seminarlar təşkil edəcək və korreksiya proqramları hazırlayacaq.

Namizədlərdən müvafiq sahə üzrə bakalavr dərəcəsi və minimum 2 il təcrübə tələb olunur. Peşəyə yüksək motivasiya, müasir təlim metodlarını tətbiq bacarığı, fərdi və komandada işləmə qabiliyyəti əsas üstünlüklər sırasındadır.

İş qrafiki: I–V günlər, saat 08:00–17:00.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini elanla birlikdə təqdim olunan “CV göndər” bölməsi vasitəsilə göndərə bilərlər.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun