Qidalanma
Kartofun gözlənilməz
Qidalanma
14

Kartofun gözlənilməz faydası açıqlandı

Çoxlarının yüksək kalorili və sağlam olmayan qida hesab etdiyi kartofun əslində təsirli sağlamlıq faydaları var.

E-saglam.az xəbər verir ki, klinik diyetoloq və biokimyaçı Violetta bildirib ki, düzgün hazırlanma üsulu ilə kartof sağlam qidalanmanın bir hissəsi ola bilər.

Mütəxəssisin sözlərinə görə, kartof kalium baxımından olduqca zəngindir və hətta bəzi hallarda banandan daha çox kalium ehtiva edir. Bu mineral sinir və əzələ funksiyalarının normal işləməsi, həmçinin qan təzyiqinin tənzimlənməsi üçün vacibdir.

Bundan əlavə, orta ölçülü bir kartof gündəlik C vitamini ehtiyacının təxminən 25 faizini təmin edir. C vitamini toxumaların bərpası, immun sisteminin güclənməsi və orqanizmin xroniki xəstəliklərdən qorunması üçün mühüm rol oynayır.

Kartofun tərkibində iltihab əleyhinə təsir göstərən fenol birləşmələri də var. Eyni zamanda, o, ürək və sinir sistemi üçün vacib olan B6 vitamini ilə də zəngindir.

Dietoloq xüsusilə lif tərkibinə diqqət çəkir. Qabığı ilə bişirilmiş orta ölçülü bir kartof gündəlik lif ehtiyacının 10–20 faizini qarşılaya bilər və bu da həzm sistemi üçün faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun