Kartof düzgün hazırlanmadıqda sağlamlığa mənfi təsir göstərə bilər, amma doğru üsullarla bişirildikdə faydalı qidaya çevrilir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Prof. Dr. Osman Müftüoğlu, kartofun qaynadılmasını və ya sobada hazırlanmasını tövsiyə edərək, əlavə yağ və kalori qəbulundan qaçınmağın vacibliyini vurğulayır. Zeytun yağı və ədviyyatlarla bişirilən kartof həm dadlı, həm də qida dəyərini qoruyur.
Bundan əlavə, bişmiş kartofun soyudulması onu daha sağlam edir.
Yağda qızardılmış kartof nişastanın udulmasını artırır, bu da bədəndə lazımsız kalorilərin yığılmasına səbəb olur. Bu, kökəlmə riskini artırır. Müftüoğlu deyir ki, qızartmaqdan uzaq durulmalı və yerinə daha sağlam bişirmə üsullarına üstünlük verilməlidir.
Soyuq kartof, nişastanın həzm olunmasını çətinləşdirərək şəkərin udulmasını məhdudlaşdırır və qan şəkərini balanslaşdırmağa kömək edir. Bu üsul həm çəki idarəsində, həm də sağlam qidalanmada əhəmiyyətli rol oynayır. Sağlam həyat tərzini qorumaq üçün bu tövsiyələrə əməl etmək faydalıdır.
Tərcümə: Könül Oruc