Qidalanma
"Kanon" aptekdən alınan 67 manatlıq uşaq yeməyi
Qidalanma
400

"Kanon" aptekdən alınan 67 manatlıq uşaq yeməyi xarab çıxıb - FOTO

Bakıda aptekdən alınan uşaq yeməyində nöqsan aşkarlanıb.

E-saglam.az Unikal-a istinadən xəbər verir ki, vətəndaş C.Mirzəliyev 7-ci mikrorayonda yerləşən "Kanon" aptekdən "Kendamil" adlı uşaq yeməyini alıb:

"Məhsulun istehsal tarixi keçməyib, amma hazırlayanda içində düyünlər əmələ gəlir. Bu da uşaq üçün olduqca təhlükəlidir. Aptekə apardım, yoxladılar. Haqlı olduğumu bildirdilər. Müdiriyyətə məlumat verdilər. Dedilər ki, pulunuzu geri qaytaracağıq. Üstündən 3 gün keçdi. Zəng etdilər ki, geri qaytarma edə bilmərik", - deyə vətəndaş əlavə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırılır.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun