Yandex watch
K vitamini çatışmazlığı beyin sağlamlığına

Yeni araşdırma K vitamini çatışmazlığının beyin sağlamlığına mənfi təsir etdiyini ortaya qoydu!

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ispanaq və kələm kimi göyərtilərdə bol olan bu vitaminlə koqnitiv zəifləmə arasındakı əlaqə hətta tədqiqatçıları da təəccübləndirib.

ABŞ-ın Tafts Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, xüsusilə yaşıl yarpaqlı tərəvəzlərdə bol olan K vitamini çatışmazlığı beyin sağlamlığına ciddi mənfi təsirlərə səbəb olur.

K vitamininin bir çox faydası keçmişdə müəyyən edilmişdir.

Prof. Dr. Sarah Boothun keçmiş araşdırmasına görə, K vitamininin ürək-damar və oynaq sağlamlığı üçün faydalı olduğu təsbit edilmişdir. Bu yeni araşdırma, K vitamini çatışmazlığının zehni geriləmə ilə yaxından əlaqəli ola biləcəyinə dair sübutlarla ortaya çıxdı.

Araşdırmanın aparıcı müəlliflərindən biri olan Tong Zheng, K vitamininin beyin funksiyalarına verdiyi töhfəyə diqqət çəkərək, "K vitamininin qoruyucu təsiri var. Araşdırmamız bu təsirin altında yatan mexanizmi anlamağa çalışır".

Tərcümə: Könül Oruc

E-saglam.az