Xəbərlər
“Johnson & Johnson” dünyanın
Xəbərlər
206

“Johnson & Johnson” dünyanın ən bahalı əczaçılıq markası olub

Amerikanın “Johnson & Johnson” şirkəti “Brand Finance”in press-relizinə əsasən, altıncı ildir ki, dünyanın ən qiymətli əczaçılıq brendləri siyahısında birinci yeri tutub.

Son bir ildə “Johnson & Johnson” brendinin dəyəri 5% artaraq 13.4 milyard dollara çatıb. Keçən il şirkət “Band-Aid”, “Tylenol”, “Neutrogena” və “Clean & Clear” kimi istehlakçı sağlamlığı məhsulları biznesindən ayrılaraq “Kenvue” adlı ayrı bir şirkətə çevrilib.

Dünyanın ən qiymətli 25 əczaçılıq brendi arasında dörd Çin şirkəti var: “Sinopharm” (3.6 milyard dollar), “Guangzhou Pharmaceutical”, “Shanghai Pharmaceuticals” və “Yunnan Baiyao”.

Tibbi avadanlıq istehsalçıları arasında Almaniyanın “Fresenius” şirkəti əvvəlki üç ilin lideri “Medtronic”i keçərək marka dəyərini 6% artıraraq 7.7 milyard dollara çatdırıb. Səhiyyə xidməti təminatçıları arasında ən qiymətli brend yenə “UnitedHealth Group” (28% artaraq 47.6 milyard dollar təşkil edib) olub. (Banker.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun