Xəbərlər
İynədən sonra şoka düşən qadın həyatını itirdi
Xəbərlər
123

İynədən sonra şoka düşən qadın həyatını itirdi

Goranboy rayonunda qadın iynə vurdurduqdan sonra həyatını itirib.

E-saglam.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, iynədən sonra rayon sakini Aynur Cəfərovanın halı qəfil pisləşib.

Yaxınları onu dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin ilkin səbəbi kimi A.Cəfərovanın iynəyə qarşı şok reaksiyası keçirdiyi ehtimal olunur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11 iyul tarixində, saat 14:30-da Goranboy rayon sakini, 1979-cu il təvəllüdlü qadının vəziyyətinin pisləşməsi barədə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə qurumdan bildirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun