Xəbərlər
İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında
Xəbərlər
119

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında çirkləndirici aşkarlanıb

İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.

E-saglam.az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Qeyd edək ki, "Sereulid" düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun