Tibbi xəbərlər
İsveçli alimlər ürəyə ən çox zərər verən
Tibbi xəbərlər
150

İsveçli alimlər ürəyə ən çox zərər verən şirniyyatları müəyyən ediblər

İsveçin Lund Universitetinin mütəxəssisləri müxtəlif növ şirniyyatların ürək-damar xəstəliklərinin inkişaf riskinə təsirini araşdırıblar.

E-saglam.az xəbər verir ki, işin nəticələri “Frontiers in Public Health” jurnalında dərc olunub.

69,705 iştirakçının məlumatlarının təhlili göstərdi ki, yüksək şəkər istehlakı işemik insult və abdominal aorta anevrizması, normal bədən kütləsi indeksi (BKİ) olan insanlarda isə ürək çatışmazlığı riskinin artması ilə əlaqələndirilir.

Ən təhlükəli şəkər mənbəyi şəkərli içkilər idi. Onların müntəzəm istifadəsi işemik insult, ürək çatışmazlığı, atrial fibrilasiya və qarın aorta anevrizması riskini artırır. Tədqiqatın müəllifi Suzanne Jantzi qeyd edib ki, şəkərin maye forması orqanizmi doyurmur və bu da onun həddindən artıq istehlakına gətirib çıxarır.

Maraqlıdır ki, şirniyyatdan ara-sıra istifadə etmək onlardan tamamilə imtina etməkdən daha faydalı olub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun