Tibbi xəbərlər
İstifadə müddəti bitmiş günəş kremindən
Tibbi xəbərlər
75

İstifadə müddəti bitmiş günəş kremindən istifadə etmək olar?

Dərinin günəş şüalarına məruz qalması dəri xərçəngi, qırışlar və yaş ləkələri kimi ciddi problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, ABŞ-nin məşhur Mayo Klinikasının mütəxəssisləri istifadə müddəti bitmiş günəş kremlərinin istifadəsinin təhlükələri barədə açıqlama veriblər.

Ən azı SPF 30 qoruyuculuğu olan geniş spektrli günəş kremləri dərini zərərli UV şüalarından qorumaqda mühüm rol oynayır. Bu krem yalnız günəşli deyil, buludlu havalarda da tətbiq edilməli və hər iki saatdan bir yenilənməlidir. Kremi dodaqlar, qulaqların ucları, əllərin arxası və boyun kimi açıq nahiyələrə səxavətlə sürtmək vacibdir.

Adətən, günəşdən qoruyucu kremlər istehsal tarixindən etibarən ən azı üç il ərzində effektivliyini saxlayır. Əgər məhsulun üzərində istifadə müddəti qeyd olunubsa və bu tarix keçibsə, həmin kremdən istifadə etməmək tövsiyə olunur, çünki artıq effektivliyini itirmiş ola bilər.

Əgər istifadə müddəti göstərilməyibsə, məhsulu aldığınız tarixi şüşənin üzərinə yazın və üç ildən sonra atın. Beləliklə, dərinizin qorunmasını təmin edəcək və təsirsiz məhsullardan istifadə etməklə riskə düşməyəcəksiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun