Yandex watch
İsti yemək həvəskarlarına

Onkoloq Vladimir İvaşkov bildirib ki, isti yeməyi sevənlərin mədə xərçənginə tutulma riski artır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, bu barədə jurnalist Nadejda Streletsin YouTube kanalına müsahibəsində danışıb.

"Bizim aydın meyarlarımız var. Mədə xərçəngi ədviyyatlı və isti qidaların qəbulu nəticəsində yaranır. Bəzi araşdırmalar göstərib ki, çiy qida da mədə xərçəngi riskini artırır", - İvaşkov xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin qarşısını almaq üçün siqaretdən, spirtli içkilərdən də imtina etmək lazımdır. Ancaq həkimin vurğuladığı kimi, bir şəxs sadalanan bütün risk faktorlarını aradan qaldırsa belə, bu, mədə xərçənginin heç vaxt görünməyəcəyinə zəmanət deyil. "Lakin bu vərdişlər patologiyanın inkişafını daha da yaxınlaşdırır", - deyə həkim yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az