Qidalanma
İsti havalarda pivə susuzluğu yatırmır,
Qidalanma
152

İsti havalarda pivə susuzluğu yatırmır, əksinə susuzluğu artırır

SM-Clinic tibb mərkəzinin endokrinoloqu və diyetoloqu Daria Xaykina istidə niyə pivə içməməli olduğunuzu izah etdi.

 E-saglam.az xəbər verir ki, o, "Lenta.ru"ya müsahibəsində ruslara bu içkinin məkrliliyindən danışıb.

Həkimin sözlərinə görə, istidə pivə susuzluğu yatırmır, əksinə, susuzluğu artırır. Bundan əlavə, pivə güclü sidikqovucudur. Endokrinoloq əlavə edib ki, onu içdikdən bir neçə saat sonra insan yorğunluq, süstlük, baş ağrısı və güclü susuzluq hissi keçirir.

Xaykina həmçinin xəbərdarlıq edib ki, isti havalarda pivə də hər bir spirt kimi ürək problemləri riskini artırır.

İstilik qan damarlarının genişlənməsinə səbəb olur və spirt yalnız bu təsiri artırır. Nəticə kəskin təzyiq dalğalarıdır. Hipotenziyalı xəstələrdə bu, zəiflik və başgicəllənməyə səbəb ola bilər, hipertansif xəstələrdə isə böhranların inkişaf riski var. Bundan əlavə, spirtli içkilər ürəyə yükü artırır.

Endokrinoloq əlavə edib ki, istidə içilən soyuq pivə yalançı sərinlik hissi verir və duyğuları kütləşdirir. Bu səbəbdən istilik vurma riski artır.

Sonda Xaykina qeyd etdi ki, əgər insan yayda pivədən tamamilə imtina edə bilmirsə, özünü bir kiçik stəkanla məhdudlaşdırmalıdır. "Yayda pivənin susuzluğu yatırmaq üçün içki olmadığını başa düşmək vacibdir. Bu, sidikqovucu təsiri olan spirtdir, ona görə də bədəndəki mayeni kompensasiya etməyi unutmayın", - o vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun