Sağlamlıq
İsti havada alkoqol içmək
Sağlamlıq

İsti havada alkoqol içmək ölümlə nəticələnə bilər - Mütəxəssis

Psixiatr-narkoloq Mariya Kasperoviç isti havada spirtli içkilərin qəbulunun infarkt və insult riskini artırması ilə bağlı xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o, istidə alkoqoldan sui-istifadənin ölümcül nəticələrindən danışıb.

Kasperoviç izah edib ki, istidə qan damarları genişlənir və orqanizm susuzlaşmamaq üçün daha çox mayeyə ehtiyac duyur: “Normal qan dövranını saxlamaq üçün ürək və tər vəziləri daha çox işləməlidir”.

Spirt, xüsusən də pivə sidikqovucu təsiri sayəsində orqanizmi susuzlaşdırır və tərləmənin artması fonunda orqanizm daha çox su itirir. Belə şəraitdə, ürək-damar sisteminə yük artır.

Mütəxəssis xəbərdarlıq edib: "Əgər isti havada pivə və digər alkoqollu məhsullar içirsinizsə, o zaman ürək-damar sistemində problem yaranır, xüsusən də insan ürək və digər xroniki xəstəliklərdən əziyyət çəkirsə".

Narkoloq həmçinin diqqəti ona cəlb edib ki, sərxoşluq istidə daha sürətli baş verir və ölümcül ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun