Beynin yalnız 10%-ni istifadə etdiyimiz fikri illərlə davam etsə də, bu artıq elmi olaraq təkzib olunub. Mütəxəssislər sübut edirlər ki, beyin daim işlək vəziyyətdədir – hətta yuxuda belə
E-saglam.az xəbər verir ki, yaş artdıqca bəzi idrak funksiyaları zəifləsə də, beyin ömür boyu öyrənməyə və inkişaf etməyə qadirdir.
1. Zehni tapşırıqlar
Krossvord, sudoku, yaddaş oyunları və məntiq tapşırıqları beyni stimullaşdırır, yaddaşı və diqqəti gücləndirir.
2. Oxuma və dil öyrənmək
Kitab oxumaq təfəkkürü inkişaf etdirir, dil öyrənmək isə beynin yeni sinir əlaqələri qurmasına kömək edir. Gündə cəmi 10 dəqiqə ayırmaq belə yetərlidir.
3. Meditasiya və keyfiyyətli yuxu
Beynin səmərəli işləməsi üçün dincəlməsi vacibdir. Meditasiya və gündəlik 7-8 saatlıq yuxu idrak funksiyalarını bərpa edir. Uşaqlar üçün bu müddət daha uzun olmalıdır.
4. Düzgün qidalanma
Beyin üçün faydalı olan balanslı pəhriz – vitaminlər, omeqa-3 yağ turşuları, antioksidantlar – zehni gücü və enerjini artırır.
5. Fiziki fəaliyyət
İdman qan dövranını yaxşılaşdırır, beyin oksigenlə zənginləşir. Endorfinlərin artması əhvalı yüksəldir, stressi azaldır və diqqəti artırır.
Yaşınızdan asılı olmayaraq, beyninizi inkişaf etdirmək mümkündür. Əsas şərt – zehni və fiziki fəaliyyətə davamlılıqdır.
Tərcümə: Könül Oruc