Sağlamlıq
İstehlakı üç dəfə artıb:
Sağlamlıq

İstehlakı üç dəfə artıb: İctimai sağlamlıq təhlükə altındadır

Qazlı və şəkərli içkilərin istehlakının artması əhalinin sağlamlığı üçün təhlükəlidir. Gündə ən çox 50 qram şəkər istehlakına icazə verilir. Bu istehlak bəzən 150 qramı belə keçir. Bu da piylənmə, ürək-damar və diabet xəstəliklərinə səbəb olur.

E-saglam.az xəbər verir ki, Türkiyə böyrək vəqfinin prezidenti Timur Erk məhsulların sürətlə artan istehlakından narahat olduqlarını bildirib:

“İsti hava ilə əlaqədar istehlakı sürətlə artan konservləşdirilmiş qazlı soda və yüksək şəkərli içkilər ciddi sağlamlıq problemlərini tətikləyir. Bu içkilər şəkər, piylənmə, xroniki böyrək, ürək və diş xəstəliklərinə səbəb olur”.

Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi təlimatlarda sağlam bir insanın gündəlik sadə şəkər istehlakının 50 qram olması vurğulanır. Halbuki, Türkiyədə adambaşına düşən şəkər istehlakı 150 qramdır ki, bu da bu nisbətin 3 qatıdır. Ən böyük problem qazlı və şəkərli içkilərin, həmçinin şərbətlə hazırlanan qəhvələrin istehlakının artmasıdır.(Publika.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun