Xəbərlər
İstanbulda xəstəxanaya
Xəbərlər
226

İstanbulda xəstəxanaya silahlı hücum olub, yaralılar var

Türkiyənin İstanbul şəhərində xəstəxananın təcili yardım şöbəsinə silahlı hücum olub, 5 nəfər yaralanıb.

Bu barədə E-saglam.az “TRT Haber” telekanalına istinadən xəbər verir.

“İstanbulun Bahçelievler rayonunda xəstəxananın təcili yardım şöbəsinə bir nəfər və ya bir qrup şəxs tərəfindən edilən silahlı basqın nəticəsində 5 nəfər yaralanıb. Hücum edənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib”, - telekanal məlumat yayıb.

Qeyd olunub ki, zərərçəkənlər arasında polis, jandarm və özəl təhlükəsizlik işçisi, eləcə də iki mülki şəxs var.

“Onların həyatı təhlükədə deyil. Xəstəxana binasına və təcili yardım maşınına da ziyan dəyib”, - məlumatda deyilir.

Hücum zaman istifadə edilən avtomobil daha sonra tərk edilmiş vəziyyətdə tapılıb.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun