Yandex watch
İstanbulda saxta xərçəng dərmanı istehsal edən qrup

İstanbulda saxta dərman istehsal edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Onların dörd fərqli anbar və 1 istehsal sexində saxta xərçəng dərmanları istehsal etdiyi müəyyən olunub.

Emlakbazari.az

 E-saglam.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Nazir bildirib ki, bununla bağlı “Hücre-10” adı ilə keçirilən əməliyyat nəticəsində bazar dəyəri təxminən 2 milyard Türkiyə lirəsi olan saxta xərçəng dərmanları ələ keçirilib. Keçirilən əməliyyat zamanı 8 şübhəli şəxs saxlanılıb. Onlardan 6-sı həbs edilib, iki nəfər haqqında məhkəmə nəzarəti qərarı verilib.

Əməliyyat nəticəsində 5 milyon ədəd saxta dərman, 100 min boş dərman qutusu, 32 min marka etiketi, saxta dərman istehsalında istifadə edilən 9 doldurma aparatı, 350 kiloqram toz xammal, 60 min ədəd müxtəlif tibbi ləvazimat müsadirə edilib.

 E-saglam.az