Yandex watch
İspanağı belə yedikdə fayda yox, ziyan verir —

İspanaq qidalandırıcı maddələrlə zəngin bir tərəvəz olub, sağlamlıq üçün çoxlu faydalar təqdim edir. Tərkibindəki vitaminlər, minerallar və antioksidantlar immunitet sistemini gücləndirir, ürək sağlamlığını dəstəkləyir və həzm sisteminə kömək edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər ispanağın düzgün istehlak edilməsinin bu faydaları maksimum dərəcədə əldə etməyə kömək etdiyini vurğulayırlar.

İspanaq necə yeyilməlidir?

İspanaq oksalat turşusu tərkibinə görə həddindən artıq istehlak edildikdə bədəndə mənfi təsirlərə səbəb ola bilər. Bu turşu kalsiumun udulmasına mane olaraq böyrək daşlarının yaranmasına səbəb ola bilər. Mütəxəssislər ispanağı bişmiş halda yeməyi tövsiyə edirlər. Pişirmə prosesi oksalat turşusunu əhəmiyyətli dərəcədə azaldır və tərəvəzin qida dəyərinin daha yaxşı mənimsənilməsinə imkan yaradır.

Xüsusilə çiy ispanağı çox istehlak etməmək məsləhətdir, çünki bu, mədə narahatlığına səbəb ola bilər. Mədə problemi olan şəxslər üçün bişmiş ispanaq daha uyğundur.

İspanaq necə bişirilməlidir?

İspanağın sağlamlıq faydalarını qorumaq üçün düzgün bişirmə üsullarından istifadə etmək vacibdir. Buxarda bişirmək və ya qısa müddətə qaynatmaq vitamin və mineral itkisini minimuma endirir. Bundan əlavə, tərkibindəki dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün ispanağı C vitamini ilə birlikdə istehlak etmək tövsiyə olunur. Məsələn, ispanaq salatına limon suyu əlavə etmək dəmirin udulmasını artırır.

Digər bir faydalı üsul ispanağı zeytun yağı ilə bişirməkdir. Zeytun yağı, ispanaqdakı yağda həll olunan vitaminlərin orqanizm tərəfindən daha yaxşı sorulmasına kömək edir və əlavə sağlamlıq faydaları təmin edə bilər.

İspanaq hansı qidalarla birləşdirilməlidir?

İspanaq ət və balıq kimi zülal mənbələri ilə birləşdirildikdə həzmi asanlaşdırır və daha balanslı qidalanma təmin edir. İspanaq şorbaları immunitet sistemini gücləndirir, xüsusilə soyuq havalarda orqanizmi qoruyur. Bundan başqa, ispanaqlı omlet və ya ispanaqlı kısır kimi yeməklər həm ləzzətli, həm də qidalandırıcıdır.

Ədviyyatlar da ispanağın dadını və faydalarını artırır. Sarımsaq, soğan, qara bibər və zirə ispanaqlı yeməkləri daha aromatik və faydalı edir.

İspanaq nə qədər istehlak edilməlidir?

Mütəxəssislər gündə 1 porsiya (təxminən 100 qram) ispanaq istehlak etməyin kifayət olduğunu bildirirlər. Bu miqdar orqanizmin ehtiyac duyduğu qida maddələrini təmin edir. Həddindən artıq ispanaq istehlakı oksalat turşusuna görə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də ispanağı ölçülü və balanslı şəkildə istehlak etmək tövsiyə olunur.

İspanaq düzgün şəkildə bişirildikdə və uyğun qidalarla birləşdirildikdə sağlamlıq üçün böyük faydalar təqdim edir. Onun qida dəyərindən maksimum yararlanmaq üçün bişirmə üsullarına diqqət yetirmək və C vitamini ilə birlikdə istehlak etmək məsləhətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az