Tibbi xəbərlər
İshal zamanı edilən 3 yayğın səhv –
Tibbi xəbərlər
10

İshal zamanı edilən 3 yayğın səhv – həkim xəbərdar edir

Anestezioloq David Kalyexo ishalı müalicə edərkən insanların çox vaxt eyni üç səhvə yol verdiyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ilk və ən yayğın səhv uzun müddət heç nə yeməməkdir. Kalyexo vurğulayıb ki, uzunmüddətli oruc bağırsaqları daha da zəiflədir və vəziyyəti ağırlaşdıra bilər. Buna görə də itirilmiş maye bərpa edildikdən sonra yüngül qidalanmaya qayıtmaq vacibdir.

Həkim ikinci səhv kimi ishal əleyhinə dərmanların nəzarətsiz qəbulunu göstərib. O bildirib ki, bu dərmanlar bağırsaq hərəkətlərini azaltsa da, zərərli maddələrin və patogenlərin bədəndən çıxmasını ləngidir və ishalın müddətini uzada bilər.

Kalyexo üçüncü səhvin probiotiklərdən yanlış istifadə olduğunu qeyd edib. Mütəxəssis deyir ki, bəzi probiotik ştammları ishalın müddətini azalda bilər, amma onlar əsas müalicə deyil, yalnız tamamlayıcı vasitə kimi qəbul edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun