Martın 13-ü işğaldan azad edilən ərazidə baş verən bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn ediliblər.
E-saglam.az xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan bir atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində, digər polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb.
Abid Mustafazadənin dəfnindən görüntüləri təqdim edirik:
Fotoşəkildəki Abid Mustafazadədir
Fotoşəkildəki Ramiz İsmayılovdur
Oxu.Az