Artem Stupak iş mühitində utancaqlığın öhdəsindən gəlmək üçün bir sıra praktiki məsləhətlər paylaşıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ünsiyyətdə səmimiyyət və cazibədarlıq qarşı tərəfdə etimad yaradır və bu da karyera inkişafına müsbət təsir göstərir.
Əsas tövsiyələr:
Faktlarla emosiyaları ayırın
Özünüzü dəyərləndirərkən emosional reaksiyalarla real faktları qarışdırmamağı öyrənin. Hər hansı xoşagəlməz vəziyyətdə daxili səsinizi analiz edin: bu, real vəziyyətə əsaslanır, yoxsa emosional şişirtmədir?
Daxili dialoqunuzu izləyin
Qərar verərkən diqqətinizi haraya yönəltdiyinizi müşahidə edin. Özünüzü sərt şəkildə mühakimə etdiyiniz anları müəyyənləşdirin və bu vərdişi tədricən dəyişməyə çalışın.
Özünüzü qəbul edin
Həm güclü, həm də zəif tərəflərinizi qəbul etmək vacibdir. Başqaları kimi olmağa çalışmaq və ya daim gözləntiləri qarşılamaq istəyi utancaqlığı daha da artırır.
Ünsiyyət bacarıqlarını inkişaf etdirin
Sadə və açıq ünsiyyət qurmaq, fikirlərinizi ifadə etməkdən çəkinməmək zamanla özünə inamı artırır.
Tərcümə: Könül Oruc