Xəbərlər
İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb
Xəbərlər
155

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) E-saglam.az-a verilən məlumata görə, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri − “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən Azərbaycana ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

Məlumatda qeyd edilib ki, müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun