Xəbərlər
İqtisadiyyat və maliyyə sahəsində müstəqil biznes portalı olan
Xəbərlər

İqtisadiyyat və maliyyə sahəsində müstəqil biznes portalı olan Valyuta.Az 4 yaşında

Bu gün Valyuta.Az xəbər portalının fəaliyyətə başlamasından 4 il ötür.

E-saglam.az bildirir ki, iqtisadiyyat və maliyyə sahəsində müstəqil biznes portalı olan Valyuta.Az 2021-ci ilin 17 fevral tarixində fəaliyyətə başlayıb.

Portalın məqsədi biznes sektorunu və oxucuları operativ məlumatlarla təmin etməkdir.

Saytda gündəlik olaraq maliyyə bazarındakı dəyişikliklər, iqtisadi analizlər, bank sektorundakı yeniliklər və dünya iqtisadiyyatına dair vacib xəbərlər yayımlanır. Bu platforma eyni zamanda, biznes mühitinin, investorların və sıravi vətəndaşların düzgün maliyyə qərarları verməsinə kömək edən etibarlı bələdçidir.

Valyuta.Az ötən müddət ərzində ölkədə etimad və istinad edilən, seçilən iqtisadiyyat portallarından biri olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya ilə bağlı iqtisadi, maliyyə və biznes xəbərlərini, habelə müsahibə, araşdırma və şərhləri oxumaq üçün Valyuta.Az-ı ziyarət edir.

E-saglam.az adından həmkarlarımızı təbrik edirik.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun