Faydalı
İnsult, ürək xəstəlikləri və diabetdən
Faydalı

İnsult, ürək xəstəlikləri və diabetdən xilas edən MƏHSULLAR

Orqanizmdə mikrodozalarda olan bir çox minerallar orqanizmin fəaliyyətinə çox böyük təsir edir. Bu minerallardan biri maqneziumdur.

E-saglam.az bildirir ki, maqnezium ürəyi qoruyur, qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ağciyərin fəaliyyətini tənzimləyir, qlükozanın mübadiləsində və insulinin ifrazında iştirak edir.

Böyük Britaniya alimləri araşdırmalar nəticəsində sübut ediblər ki, maqneziumla zəngin olan məhsullar orqanizmi ürək xəstəliklərindən, insultdan və diabetdən qoruyur.

Həmçinin alimlərin fikrinə görə, miqren, əsəbilik, depressiya, yorğunluq kimi pozulmalar da orqanizmdə maqneziumun çatışmazlığı ilə bağlıdır.

Maqneziumla zəngin olan məhsullar bunlardır:

- tünd şokolad

- kahı, ispanaq, turşəng

- qoz-fındıq

- günəbaxan, balqabaq tumları

- qəhvəyi düyü, arpa, yulaf

- lobya, mərci

- banan

- meyvə quruları

- avokado.

Alimlər maqneziumla zəngin olan qidaları rasionda artırmasını tövsiyə edirlər.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun