Bali adasının 30 yaşlı sakini Poli Lonq qeyri-adi problemlə məşğul olmaq qərarına gəlib.
E-saglam.az xəbər verir ki, 100 gün ərzində kişi 90% çiy ət yeyib. Mədəsində yaranan problemlər onu bu işə ruhlandırıb. O, nəticələrini və təəssüratlarını sosial şəbəkələrdə paylaşıb.
Long, pəhrizin onun həzmini yaxşılaşdırdığını, enerji səviyyələrini artırdığını və əhvalını yaxşılaşdırdığını söyləyir.
Təcrübə etmək və bədənimin necə reaksiya verəcəyini görmək, həm də ictimaiyyətə bunun tamamilə təhlükəsiz olduğunu göstərmək istədim. Mənim müşahidə etdiyim əsas fayda, çiy ətin daha asan həzm olunmasıdır.
Mübahisəli təcrübə internetdə çoxlu mənfi reaksiyalara səbəb olub.
Paulinin iddialarına baxmayaraq, mütəxəssislər belə bir pəhrizin riskləri barədə xəbərdarlıq edirlər. Bağırsaq infeksiyaları baş verə bilər!
Tərcümə: Könül Oruc