Sağlamlıq
İmsakdan sonra yatmayanları gözləyən təhlükə!
Sağlamlıq

İmsakdan sonra yatmayanları gözləyən təhlükə! Nevroloqlardan mühüm xəbərdarlıq

İmsakdan sonra yatmayanları ciddi problemlər gözləyə bilər.

E-saglam.az xəbər verir ki, nevroloqlar xəbərdarlıq edir ki, Ramazan ayında yuxu rejiminin pozulması həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərə bilər. Sahurdan sonra ən azı 2 saat yatmaq və ümumilikdə 6 saatlıq yuxunu tamamlamaq vacibdir.

İmsakdan sonra yuxusuzluğa əsasən ağır və yağlı qidaların qəbulu, kofeinli içkilərin istehlakı və qeyri-müntəzəm yuxu rejimi səbəb ola bilər. Həzm çətinliyi və mədə problemləri yuxuya getməyi çətinləşdirir, çay və qəhvə isə əsəbilik və narahatlığa səbəb olur.

Bu problemləri azaltmaq üçün imsakda yüngül, balanslı qidalar seçilməli, kofeinli içkilərdən uzaq durulmalı və yuxu rejimi qorunmalıdır. Gün ərzində yüngül idman və iftardan sonra gəzinti yuxu keyfiyyətini artırır. Yataq otağının sakit və qaranlıq olması, yatmazdan əvvəl ekranlardan uzaq qalmaq da vacibdir.

Ramazan ayında düzgün yuxu rejiminə riayət etmək həm orucu daha rahat keçirməyə, həm də ümumi sağlamlığı qorumağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun