Yandex watch
İmsakda bunu yeyənlər

Ramazanda sahurda düzgün qida seçimi aclığı azaldır və susuzluğu önləyir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloq Mine Özkazanç Akren sahurda kefir içməyin çox faydalı olduğunu bildirir. Kefir həzm sağlamlığını tənzimləyir, immuniteti gücləndirir və toxluq hissi verir.

Kefirin faydaları:

Həzm sistemi: Probiyotiklər sayəsində bağırsaq florasını dəstəkləyir.

İmmunitet: Xəstəliklərə qarşı müqaviməti artırır.

Toxluq hissi: Zülal və yağ tərkibi ilə uzun müddət tox qalmağa kömək edir.

Sümük sağlamlığı: Kalsiumla sümük sağlamlığını dəstəkləyir.

Qan şəkəri və xolesterol: Qan şəkərini və xolesterol səviyyəsini tənzimləyir.

Kefir imsakda içildikdə gün ərzində aclıq və susuzluğun qarşısını alır. Diyetoloq Akren gündə 200-400 ml kefir (1-2 stəkan) istehlakını tövsiyə edir.

Kefir bəzi insanlarda şişkinlik və qaz yarada bilər. Buna görə kiçik porsiyalarla başlamaq və orqanizmin reaksiyasını izləmək vacibdir. Laktoza dözümsüzlüyü olanlar üçün laktozasız kefir alternativ ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az