Tədbirlər
İlk dəfə Bakıda "Beynəlxalq Kök hüceyrə və Regenerativ tibb konqresi"
Tədbirlər

İlk dəfə Bakıda "Beynəlxalq Kök hüceyrə və Regenerativ tibb konqresi" keçirilib

E-saglam.az xəbər verir ki, konqresin əsas məqsədi regenerativ tibb və kök hüceyrə tətbiqlərində əldə ediən uğurlu nailiyyətləri paylaşmaq və təsdiqlənmiş protokollar üzrə məlumat vermək idi. Bu səbəbdən də 15-dən çox dəvət olunmuş professorların, elmi namizədlərin iştirakı ilə baş tutan konqressdə xüsusi praktik master klasslar da canlı olaraq keçirilib.

Kongressdə prof.dr. Mehmet Bozkurt, prof.dr. Utku Atəş, prof.dr. Serhat Pusat, dos.dr. Perçin Çaşkan kimi tanınmış həkimlər öz təcrübələrini paylaşıblar.  

Konfrans yerli və xarici məruzəçilərin çıxışı ilə aşağıdakı panelləri əhatə edib:

- Dermotologiya - kosmetologiya

- Nevrologiya

- Oftalmologiya

- Travmatologiya

- Ginekologiya - Urologiya

- Plastik cərrahiyyə

Konqresdə yuxarıda adı çəkilən sahələrdə kök hüceyrə tətbiqlərinin mükəmməl nəticələri paylaşılıb. Çıxış edən professorlar kök hüceyrənin tibbə verəcəyi töhfələrin düzgün tərəflərini ətraflı izah ediblər. Bir sıra xəstəliklərin birbaşa və ən effektli müalicə metodunun məhz düzgün və keyfiyyətli formada tətbiq edilən kök hüceyrə üsulu olması haqqında protokollar paylaşılıb.

Tədbirdən fotolar:

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun