Sağlamlıq
İkinci beyin sayılan
Sağlamlıq

İkinci beyin sayılan bağırsaqların sağlamlığı üçün nə etmək lazımdır? 

"Qulluq yaxşı olmasa ikinci beyniniz - bağırsaqlarınız yaxşı işləməyəcək".

Bu sözləri E-saglam.az-a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib. O, bağırsaq sağlamlığı üçün vacib detalları qeyd edib:

"- Qatıq, kefir, turşu, alma sirkəsi kimi probiotik qidalar yeyin. 

- Soğan, sarımsaq, banan, qulançar, kətan toxumunu prebiotik qida kimi rasiona daxil edin. 

- Fiziki aktiv olun və davamlı idmanla məşğul olmağa çalışın.

- Lazımi qədər su için.

- Lifli qidalardan çox istifadə edin: tam taxıllar, tərəvəzlər, paxlalılar. 

- İşlənmiş və paketli qidalar, şirin və şirin qazlı içkilər, konservləşdirilmiş qidalar və souslardan uzaq durun.

- Keyfiyyətli yuxu rejimi yaradın.

- Rafinə olunmamış zeytun yağını qida rasionunuza daxil edin. 

- Xroniki stressdən uzaq durun.

- Maqnezium səviyyəsini həmişə normada saxlayın, analiz nəticəsi olmadan heç bir qida əlavəsi qəbul etməyin. 

Çalışın, bağırsaqlarınıza yaxşı qulluq edin".

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun