Xəbərlər
İki günlük maqnit qasırğası
Xəbərlər
320

İki günlük maqnit qasırğası PROQNOZU

Dekabrın 7-8-i üçün günəş və geomaqnit aktivliyi ilə bağlı proqnozu ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi yayıb.

E-saglam.az xarici KİV-ə istinadla bildirir ki, geomaqnit qasırğaları güc səviyyəsinə görə təsnif edilir - K-indeksi - 2-dən 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, qasırğa və onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclü olar.

Dekabrın 7-də K-indeksi 3 (yaşıl səviyyə) olan, insanların rifahına təsir edə bilməyən kiçik maqnit dalğalanmaları gözlənilir. Dekabrın 8-i bazar gününə qədər onlar səngiyəcək və maqnitosfer normal vəziyyətə düşəcək.

Qeyd edək ki, proqnoz yenə də dəyişə bilər, çünki günəş aktivliyindən asılı olaraq tədqiqatçılar öz məlumatlarını hər üç saatdan bir yeniləyir. (lent.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun