Qidalanma
İftardan sonra bədəninizə ağırlıq çökürsə, diqqət:
Qidalanma

İftardan sonra bədəninizə ağırlıq çökürsə, diqqət: Səbəbi bu ola bilər

E-saglam.az xəbər verir ki, iftarı şorba kimi yüngül yeməklərlə açmaq mədənin həzmini asanlaşdırır və toxluq siqnallarını düzgün ötürməyə imkan yaradır. Tam buğda çörəyi, tərəvəz və tam taxıllı qidalar qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır. İçki seçimində isə qazlı içkilər və meyvə şirələri əvəzinə su, mineral su, ayran və yüngül çay tövsiyə edilir.

İmsakda düzgün qidalanma

İmsakda yumurta, pendir, tam taxıllı çörək və mövsümi tərəvəzlər kimi zülal və liflə zəngin qidalar seçilməlidir. Ağır, yağlı və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır, çünki bu tip qidalar gün ərzində susuzluğa səbəb ola bilər. Eyni zamanda, imsakda kifayət qədər su içmək qan şəkərinin stabil qalmasına kömək edir.

İftardan sonra fiziki fəaliyyət və nəzarət

İftardan sonra yüngül gəzinti həzmi asanlaşdırır və qan şəkərini tənzimləməyə kömək edir. Gün ərzində qan şəkərinin mütəmadi ölçülməsi də balansın qorunmasına töhfə verir.

Maye və mineral balansı

İftardan imsaka qədər kifayət qədər su içmək bədənin maye ehtiyacını ödəyir. Ayran və şəkərsiz kompot kimi içkilər də mineral balansının qorunmasına kömək edə bilər.

Həkim məsləhətləri vacibdir

Diabet xəstələri oruc tutarkən həkimlərinin məsləhətlərinə əməl etməli, dərman qəbulunu düzgün nizamlamağa diqqət etməlidirlər. Oruc tutmaq istəyən diabet xəstələri əvvəlcə həkimləri ilə məsləhətləşməli və sağlamlıqlarını yaxından izləməlidirlər.

Bu qaydalara riayət etməklə, Ramazan ayında sağlam oruc tutmaq və orqanizmin balansını qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun