İngiltərədə mütəxəssislər beyni gücləndirməyin 8 yolunu açıqlayıblar. Bunlara idman etmək, əzbərləmək, yağ istehlak etmək, narahatlıqdan qaçmaq, musiqi dinləmək və 10 saatdan çox yatmamaq daxildir.
E-saglam.az xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən BBC-də yayımlanan xəbərə görə, mütəxəssislər beyni gücləndirməyin 8 yolunu açıqlayıblar:
Məşq: Daimi hərəkət sinir qovşaqlarının sayını artırır, beləliklə beyində daha çox təmas nöqtələri yaradır və yeni hüceyrələrin əmələ gəlməsinə töhfə verir. Mütəxəssislər açıq havada idman etməyin daha faydalı olduğunu bildirirlər. Bu şəkildə D vitamini də alınır.
Yolda əzbərləmə texnikasından istifadə edin: Təqdimat etmək, imtahana hazırlaşmaq və ya zehninizdə yaxşı qurulmuş tapşırığı tutmaq lazımdır.
Yağ istehlak etmək vacibdir: Beyin hüceyrələrinin "tikinti materialı" yağdır. Buna görə qidalanma üçün yediklərinizin bir qədər yağ olması çox vacibdir. Fındıq, fıstıq, toxum, avokado və balıqdakı yağlar sağlam yağlardır. Rozmarin və sarıkökün beyin sağlamlığı üçün faydalı olduğu da məlumdur.
Stressdən uzaq olun: Uzunmüddətli narahatlıq və yüksək stress beyinə zəhərli təsir göstərir.
Yeni şeyləri sınayın: Dostlarınız və ya ailənizlə rəqabət aparmaq üçün oyun tapın. Başqaları ilə yarışmaq beynin inkişafına töhfə verəcək.
Musiqi beyin üçün qidadır: Musiqinin beyinə çox xüsusi təsir etdiyini göstərən tapıntılar var. Xora qoşulun və ya sevdiyiniz qrupun konsertinə gedin.
Yatmazdan əvvəlkı anlar kritikdir: Əgər imtahana hazırlaşırsınızsa, yatmazdan əvvəl son dəfə mümkün sualların cavablarını öyrənin.
Necə oyandığınız da vacibdir: Beş saatdan az yatsanız, zehni qabiliyyətləriniz zəifləyəcək, 10 saatdan çox yatsanız, özünüzü halsız hiss edəcəksiniz.
Tərcümə: Könül Oruc