Yandex watch
İçkini tərgidəndən sonra qaraciyərdə nə baş verir? – Narkoloqdan açıqlama

İçkini tərgidəndən sonra qaraciyərdə nə baş verir? – Narkoloqdan açıqlama

Emlakbazari.az

Alkoqolun ən çox zərər verdiyi orqan qaraciyərdir. Əgər geridönməz dəyişiklik baş verməyibsə, alkoqoldan imtina etdikdən sonra bəzi şərtlərlə qaraciyəri bərpa etmək olar.

E-saglam.az xəbər verir ki, narkoloq Marina Kalyujina içkini tərgitdikdən sonrakı müddətdə orqanizmdə nələrin baş verdiyini açıqlayıb.

“Alkoqolun dozası artdıqca sirroz riski artır. İnsan içkini tərgitdikdən 3 ay sonra beyindən spirt təmizlənir.

1 il ərzində isə qaraciyər tamamilə öz-özünü bərpa edə bilər. Bundan əlavə, metobolizm yaxşılaşır, ümumi əhval düzəlir, beyin aydınlanır. Kişilərdə cinsi disfunksiya düzəlir.

Qaraciyəri sirroza və xərçəngə aparan klassik alkoqolizmin simptomları:

- İçkinin miqdarına nəzarət edilmir

- Yaddaşda kəsinti

- “poxmel”sindromu

- Dərinin qocalması, bədənin saralması, bədəndə venaların üzə çıxması”./bakupost