Yandex watch
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır -

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Analitika və risklərin idarəolunması şöbəsinə məsləhətçi axtarır.

Emlakbazari.az

​​​​​​E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:

Son tarix 31 yan 2025 - [email protected]

Təklif etdiyimiz imkanlar:

Gənc və peşəkar kollektivdə çalışma şansı;

Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

Karyera inkişafı üçün yaradılan şərait;

Rəqabətədavamlı əmək haqqı;

İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);

Təcrübə: Analitika sahəsində ən azı 2 illik iş təcrübəsi;

Texniki biliklər: Microsoft Office, Power BI, SQL üzrə yaxşı səviyyədə biliklər;

Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;

Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

Vəzifə öhdəlikləri:

Strateji qərarların dəstəklənməsi üçün qabaqcıl analitik modellərin yaradılması;

Gündəlik, aylıq və illik hesabatların hazırlanması və avtomatlaşdırılması;

Dəqiq və vizual baxımdan diqqətçəkən Power BI və Excel hesabatlarının hazırlanması;

Mövcud məlumatlardan istifadə edərək trendlərin və proqnozlaşdırıcı modellərin qurulması;

SQL sorğuları vasitəsilə verilənlərin idarəedilməsi və optimallaşdırılması;

Agentliyin KPI-larının izlənməsi, optimallaşdırılması üçün təkliflərin verilməsi;

Beynəlxalq təcrübələrə əsaslanaraq analitik yanaşmaların təkmilləşdirilməsi.

İş şəraiti:

İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);

İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

Müraciətlərin nəzərdən keçirilməsi

Praktiki tapşırıq/test mərhələsi

Müsahibə

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

E-saglam.az