Faydalı
İbn Sinanın çoxəsrlik sirri:
Faydalı

İbn Sinanın çoxəsrlik sirri: bu qida yaddaşı gücləndirirmiş - FOTO

İbn Sinanın “Əl Qanun fit-Tıp” kitabında unutqanlıq probleminin aradan qaldırılması üçün təbii üsullardan hazırlanan müalicə metodları yer alır.

E-saglam.az xəbər verir ki, kitaba əsasən unutqanlığa yaxşı təsir edən ədviyyatlardan ən diqqətçəkəni sarıkökdür.

Sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngindir. Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir. Kurkuminin qan və beyin damarlarına nüfuz etdiyini və Alzheimer xəstəliyinə qarşı qorunma təmin etdiyini göstərən araşdırmalar var.

Təbii piqmentlər sayəsində qaragilə də beyin hüceyrələrini sərbəst radikalların pis təsirlərindən qoruyur və yaşa bağlı yaddaş itkisinin qarşısını alır. O, həmçinin beyin hüceyrələri arasında sinir ötürülməsini, öyrənmə və məlumat emal proseslərini gücləndirən flavonoidlərlə zəngindir.

Həmçinin kitabda bir çox problem üçün zəncəfil və zəfəran kimi ədviyyatlar da tövsiyə edilib.

Bunlarla yanaşı yumurta, balqabaq toxumları, brokkoli və yağlı balıq da unutqanlıq probleminə yaxşı təsir göstərən təbii vasitələrdəndir. (publika.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun