Yandex watch
İbn Şərifin ən təsirli ƏSRLİK resepti:

Günümüzün ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olan unutqanlıq və diqqətsizlik üçün əsrlər boyu davam edən təbii müalicə üsulları hələ də maraqla araşdırılır. Osmanlı dövrünün həkimi İbn Şərifin yaddaş problemlərinə qarşı hazırladığı müalicəvi düsturlar bugünkü təbabətə ilham verir.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, unutqanlıqla mübarizə aparmaq üçün təbii yollar axtaranlara çoxəsrlik resept tövsiyə olunub. İbn Şərifin hazırladığı bu qarışıq sözün əsl mənasında zehni cavanlaşdırır.

İbn Şərifin unutqanlığa qarşı müalicəsi təbii məcun və xüsusilə səhərlər istifadə edilən qarqara üsulları ilə diqqət çəkir. Bundan əlavə, bu reseptdə istifadə edilən bitki qarışıqları unutqanlıq kimi problemlərə qarşı təsirli olduğu deyilən ənənəvi həll yolu olaraq günümüzə qədər gəlib çatmışdır.

Qarqara: Axırıkarha (piretro), xardal və qabarı bitkisinin kökünün qarışığını sirkə ilə əzərək qarqara edin.

İbn-i Şərif yaddaşı gücləndirmək üçün səhərlər müntəzəm olaraq qəbul edilməli olan Macun-i Lübban reseptini tövsiyə edir. Bu pasta aşağıdakı maddələrdən hazırlanır:

Əyri tikan
Dar-i fülfül (uzun bibər otu)
Zəncəfil (hər birindən bərabər miqdarda)

Bu inqrediyentlər döyülüb süzüldükdən sonra üç qat artıq kefirlə qarışdırılmış bal ilə qarışdırılır. Qarışıq arpada qırx gün saxlandıqdan sonra istifadəyə hazırdır. Gündəlik istifadə üçün iki dirhəmə qədər istehlak etmək tövsiyə olunur.

Bundan əlavə sirkə-bal qarışığında da istifadə edilə bilər. Bu qarışığı mütəmadi olaraq qəbul etmək yaddaşınızı gücləndirə bilər.

Əsrlər boyu sağlamlıq üçün istifadə edilən şəfalı bir maddə olan sirkə İbn Şərifin reseptlərində də mühüm yer tutur. Sirkə tərkibindəki turşu xüsusiyyətləri ilə orqanizmdə müxtəlif tarazlıqları təmin edərkən, həzm və yaddaşa müsbət təsirləri ilə də tanınır. İbn Şərifin reseptində istifadə edilən sirkə yalnız qarqara kimi deyil, bədən üçün faydalı olan məcun qarışıqlarında da istifadə olunur.

İbn Şərif unutqanlığın müalicəsində təkcə bitki mənşəli müalicələrə deyil, düzgün bəslənməyə də əhəmiyyət verir. Yaddaşı gücləndirən qidalardan biri toyuq kalyesi olduğu halda, digər vacib qida isə qoz yağı ilə hazırlanan noxudlu-ab yeməyidir. Bu cür qidaların müntəzəm istifadəsi unutqanlıq probleminə qarşı təsirli ola bilər.

İbn Şərifin unutqanlığın müalicəsi üçün yazdığı reseptlər əsrlər keçsə də yaddaş problemi ilə mübarizə aparmaq istəyənlər üçün qüvvədə qalır. Sirkə, təbii otlar və qidalanma tövsiyələri müasir tibbin də maraq göstərdiyi sahələr arasındadır. Bu gün yaddaşını gücləndirmək və unutqanlıqla mübarizə aparmaq istəyənlər İbn Şərifin reseptlərindən ilham ala bilərlər.

Tərcümə: Könül Oruc

E-saglam.az