Sağlamlıq
Hüceyrələri qocalmaqdan qoruyan gözlənilməz məhsulun
Sağlamlıq

Hüceyrələri qocalmaqdan qoruyan gözlənilməz məhsulun adı açıqlanıb

E-saglam.az xəbər verir ki, diyetoloq və terapevt Tatyana Solntseva "aif.ru" ilə söhbətində uzunömürlülük üçün gözlənilməz məhsulun adını çəkib.

Həkimin sözlərinə görə, göbələklərin müsbət təsiri onların tərkibində həll olunan xüsusi növ lifin - beta-qlükanların olması ilə izah olunur. Onlar reishi, maitake, şiitake və istiridyə göbələklərində böyük miqdarda olur. Solntseva onu da qeyd edib ki, yulaf, arpa, maya və bəzi yosun növləri beta-qlükanlarla zəngindir. "Onlar bağırsaqlara daxil olduqdan sonra jele kimi bir maddəyə çevrilir, bağırsaq divarlarını örtür və bununla da qlükoza və "pis" xolesterinin udulmasını ləngidir", - deyə diyetoloq izah etdi.

Bundan əlavə, Solntseva qeyd edib ki, beta-qlükanlar viruslardan, bakteriyalardan və digər patogenlərdən qorunmaq üçün immun sisteminin hüceyrələrini aktivləşdirməyə qadirdir. Onlar dəriyə yaşlanma əleyhinə təsir göstərir və hüceyrələrin vaxtından əvvəl məhv edilməsinin qarşısını alır.

Həkimin sözlərinə görə, bir sıra tədqiqatlar təsdiq edib ki, beta-qlükanlar kimyaterapiyanın effektivliyini artırır və onun əlavə təsirlərini azaldır. Bundan əlavə, onlar radiasiya terapiyasına daha yaxşı dözməyə kömək edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun