Xəbərlər
Hüceyrələri 17 yaş cavanlaşdıran
Xəbərlər
151

Hüceyrələri 17 yaş cavanlaşdıran 5 sirr

117 yaşında vəfat edən Katalon əsilli amerikalı Maria Branyas Moreranın bağırsaq hüceyrələri digər hüceyrələrindən 17 yaş daha gənc idi.

E-saglam.az xəbər verir ki, alimlər bunun səbəblərini araşdıraraq uzunömürlülüyün mümkün sirrlərini müəyyən ediblər.

Bağırsaq körpəninki kimi

Moreranın gen və mikrobiom analizləri göstərib ki, onun bağırsaq florası sağlamlıq baxımından demək olar ki, yeni doğulmuş uşağın mikrobiotasını xatırladır. Tədqiqatçılar onun bağırsağında iltihabəleyhinə təsirə malik olan bifidobakteriyaların yüksək səviyyədə olduğunu aşkarlayıblar.

Yaşam tərzi: sadə, amma güclü

Maria Morera spirtli içkidən və siqaretdən uzaq olub, hər gün gəzişməyə çıxıb, bol meyvə-tərəvəzlə qidalanıb və gündə 3 porsiya qatıq yeyib. Ətrafında onu sevən dost və ailə üzvləri olub. Öz sözləri ilə desək: “Zəhərli insanlardan uzaq durmuşam”.

Alimlərin diqqət çəkdiyi 5 əsas faktor:

Fermentləşdirilmiş qidalar: Morera gündə üç porsiya qatıq yeyirdi. Alimlər qeyd edirlər ki, qatıq, kefir, duzlu kələm kimi qidalar bağırsaq mikroblarını zənginləşdirir, iltihabı azaldır və immun sistemi gücləndirir.

Bitki əsaslı və müxtəlif pəhriz: Morera Aralıq dənizi tərzində qidalanırdı. Bu, tam taxıllar, meyvələr, tərəvəzlər, paxlalılar və ədviyyatlarla zəngin bir menyu deməkdir. Bu cür müxtəliflik mikrobiom sağlamlığının əsas göstəricisidir.

Müntəzəm fiziki aktivlik: Gündəlik yüngül fiziki fəaliyyət qan dövranını və bağırsaq hərəkətini yaxşılaşdırır, faydalı mikrobların inkişafına şərait yaradır.

Spirtli içkidən uzaq durmaq: Spirt bağırsaq keçiriciliyini artıraraq zərərli maddələrin qan dövranına keçməsinə səbəb ola bilər. Morera spirtə qarşı ehtiyatlı olub.

Zəhərli insanlardan uzaq durmaq: Stressin bağırsaq mikrobiomuna təsiri sübut olunub. Morera psixoloji rifahı və sosial əlaqələrə önəm verərək, həm zehni, həm də fiziki sağlamlığını qoruyub.

Maria Branyas Morera yalnız genetik üstünlüklə deyil, həm də ağıllı həyat tərzi seçimləri ilə uzunömürlü olub. Onun həyatı bağırsaq sağlamlığının bədənə və beynə necə təsir etdiyini bir daha sübut edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun