Kardioloq Tamaz Qaqloşvili yüksək qan təzyiqi olan xəstələrin pəhrizdə ən çox etdiyi səhvləri açıqlayıb.
E-saglam.az xəbər verir ki, birinci səhv duzun yalnız duz qabında olduğuna inanmaqdır. Əslində natrium kolbasa, pendir, çörək, souslar və digər hazır qidalarda da gizlənir. Bununla bağlı ikinci səhv isə məhsulların etiketlərini oxumamaq və natriumun qan təzyiqinə mənfi təsirini nəzərə almayaraq qida seçməkdir.
Üçüncü səhv çəhrayı duz və ya dəniz duzunun adi duzdan daha təhlükəsiz olduğuna inanmaqdır. Həkim vurğulayır ki, bu duz növlərinin hamısı qan təzyiqinə eyni dərəcədə təsir göstərir. Dördüncü səhv artıq çəkiyə məhəl qoymayaraq ona göz yummaqda, beşinci isə alkoqolun təsirini lazımınca qiymətləndirməməkdədir. Qaqloşvili xüsusilə qırmızı şərabın damarlar üçün faydalı olduğu mifini rədd edir, alkoqol qan təzyiqini artırır.
Altıncı səhv su əvəzinə şəkərli içkilərə üstünlük vermək, yeddinci lazımi miqdarda meyvə-tərəvəz istifadə etməmək, səkkizinci isə ultra emal olunmuş qidaları həddindən artıq istehlak etməkdir.
Kardioloqa görə, bu səhvlərdən qaçmaq hipertoniya xəstələrinin qan təzyiqini daha yaxşı idarə etməsinə ciddi dəstək olacaq.
Tərcümə: Könül Oruc