Xəbərlər
Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
Xəbərlər
237

Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıqlarına dair yeni videoçarx hazırlanıb.

Agentliyin mətbuat xidmətindən E-saglam.az-a bildirilib ki, videoçarxda heyvan xəstəliklərinin müalicəsində baytarlıq preparatlarından düzgün qaydada istifadə edilmədikdə və ya lazım olandan artıq istifadə edildikdə ət, süd, yumurta, bal və digər heyvan mənşəli məhsullarda həmin preparatların qalıqlarına rast gəlindiyi bildirilib. Heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının normadan artıq olmasının insanların həyat və sağlamlığına kanserogen təsir göstərməklə yanaşı, allergik reaksiyalara və hətta bütün dünya üçün qlobal sağlamlıq problemi hesab edilən antimikrob müqavimətinin yaranmasına səbəb ola bildiyi vurğulanıb. Eyni zamanda, heyvan mənşəli məhsullarda baytarlıq preparatları qalıqlarının olmasının qarşısını almaq üçün həyata keçirilməsi zəruri sayılan işlər sadalanıb. AQTA tərəfindən hazırlanan “Heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq miqdarlarına dair Sanitariya Norma və Qaydaları”nda heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq miqdarlarının yol verilən hədlərinin müəyyən edildiyi bildirilib.

Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə baytarlıq preparatlarının qalıqlarının yaranması və bunun qarşısının alınması yolları barədə geniş məlumat əldə edə biləcəklər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun