Sağlamlıq
Hərbçilər tərəfindən tez yuxuya getmək üçün icad edilən
Sağlamlıq
76

Hərbçilər tərəfindən tez yuxuya getmək üçün icad edilən bir metod açıqlanıb

Stressli şəraitdə belə bir neçə dəqiqə ərzində yuxuya getməyə kömək edən xüsusi texnika mövcuddur.

E-saglam.az xəbər verir ki, psixoloq və yuxu mütəxəssisi Dr. Alaina Tiani bildirib ki, bu metod əvvəlcə hərbçilər – xüsusilə əsgərlər və pilotlar üçün hazırlanıb.

Mütəxəssisin sözlərinə görə, bu texnika hazırda yuxusuzluqdan əziyyət çəkən mülki insanlar tərəfindən də istifadə olunur. Metod bədənin tədricən rahatladılması və nəfəsin nəzarət altına alınması prinsipinə əsaslanır.

Texnikanın ilk mərhələsində üz əzələləri – gözlər, çənə və dil tam şəkildə rahatladılır. Daha sonra çiyinlər və qollar boşaldılır, ardınca isə bədənin digər hissələri – sinə, qarın və ayaqlar rahat vəziyyətə gətirilir.

Son mərhələdə nəfəsə diqqət yetirmək və sakit bir mənzərəni təsəvvür etmək tövsiyə olunur. Məsələn, sakit bir göldə qayıqla gəzinti və ya qaranlıq və sakit otaqda uzanmaq kimi təsəvvürlər zehni rahatlaşdırmağa kömək edir.

Həkimin sözlərinə görə, bu üsul parasempatik sinir sistemini aktivləşdirir və bədənin rahatlamasına səbəb olaraq yuxuya getmə prosesini sürətləndirir. Bununla belə, hər kəs ilk dəfədən nəticə əldə etməyə bilər. Mütəxəssis bildirir ki, metodun müntəzəm tətbiqi yuxuya getməyi daha da asanlaşdırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun