Hər yolu sınamış, lakin arıqlaya bilməyənlər,
Hər yolu sınamış, lakin arıqlaya bilməyənlər,

Sağlam həyatla bağlı verdiyi məsləhətləri ilə diqqət çəkən Canan Karatay artıq çəkidən qurtulmağın ən təsirli yolunu açıqlayıb. Üstəlik bu üsulla ac qalmadan istədiyiniz bədən ölçüsünə çatmaq mümkündür.

E-saglam.az xəbər verir ki, Canan Karatay arıqlamaq istəyən, lakin müxtəlif pəhriz üsullarına baxmayaraq istənilən formanı əldə edə bilməyənlər üçün ən təsirli arıqlama üsulunu izah edib. 

Canan Karatayın pəhrizsiz arıqlama metodu

Balanslı qidalanma və yuxu: Bədənin tarazlığını qorumaq və arıqlama prosesini dəstəkləmək üçün nizamlı və kifayət qədər yuxu çox vacibdir. Qida rasionunu da müəyyən qaydada saxlamaq lazımdır. Sağlam qidalanma orqanizmin ehtiyaclarını ödəməyə kömək edir və maddələr mübadiləsini tənzimləyir. Canan Karatay bu yolla bədəndən daha səmərəli istifadə edildiyini və çəki nəzarətinə daha yaxşı nail olunduğunu söyləyir.

Yemək vaxtlarının əhəmiyyəti: Canan Karatayın diqqət çəkdiyi digər məqam isə yemək vaxtlarıdır, xüsusilə axşam saatlarında yeməkdən qaçınılması lazım olduğunu vurğulayır. Çünki gecə saatlarında istehlak edilən qidalar orqanizmdə leptin hormonunun təsirini azaldır. Leptin hormonunun yağların yandırılmasında mühüm rolu var və bu proses gecə boyu daha aktivləşir. Bu səbəbdən axşam saatlarından sonra maddələr mübadiləsinizin təbii işləməsini dəstəkləyərək pəhriz saxlamadan arıqlaya bilərsiniz.

Canan Karatayın təklif etdiyi bu üsullar sağlam həyat tərzi ilə yanaşı çəkiyə nəzarəti də qorumağa kömək edir. Bununla belə, hər kəsin şəxsi sağlamlıq vəziyyətini və ehtiyaclarını nəzərə alaraq uyğun qidalanma və həyat tərzi seçimi etməsi də vacibdir. Buna görə də hər hansı bir kilo vermə proqramına başlamazdan əvvəl bir mütəxəssislə məsləhətləşmək düzgün olardı.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az