Sağlam qidalanma ilə bağlı açıqlamaları ilə adından söz etdirən Prof. Dr. Canan Karatay möcüzəvi yeməyi açıqladı. “Ana südündən heç bir fərqi yoxdur” deyərək faydalarından danışan Canan Karatay hər səhər 1 stəkan içməyi təklif edib.
E-saglam.az xəbər verir ki, bu gün istehlak etdiyimiz qidaların qida dəyərinin aşağı olması immunitet sistemimizə mənfi təsir göstərir.
İmmuniteti güclü saxlamaq və xəstəliklərdən qorunmaq üçün qida dəyərini təbii qidalardan almaq lazımdır. Sağlam qidalanma sahəsindəki açıqlamaları ilə gündəmə gələn Prof. Dr. Canan Karatay hansı qidaların nəyə faydalı olduğunu açıqlayıb.
Karatay təbii və işlənməmiş zeytun yağı üçün "Ana südü ilə eynidir" deyib. Onun təkidlə tövsiyə etdiyi zeytun yağının qaraciyər yağını çıxarmaqdan mədə xoralarının qarşısını almağa qədər bir çox faydası var.
Zeytun yağının faydaları:
Xərçəngin qarşısını almağa kömək edir.
Qaraciyər yağlarının çıxarılmasında faydalıdır.
Mədə xoralarının qarşısını almağa kömək edir.
Antioksidant mənbəyi kimi tanınır.
Bütün bədən hüceyrələrinə təsir göstərir.
O, hər səhər 1 stəkan zeytun yağı içməyi tövsiyə edir. Zeytun yağının insan orqanizminə xeyri çoxdur.