Yandex watch
Hər kəs mal və ya quzu əti yeyir:

Keçi əti ənənəvi mal və quzu ətinə sağlam alternativ kimi getdikcə daha çox diqqət çəkir. Aşağı doymuş yağ və xolesterin səviyyəsi ilə ürək-damar sağlamlığını dəstəkləyir, ürək xəstəlikləri riskini azaldır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu cür faydalı xüsusiyyəti onu sağlam həyat tərzinə üstünlük verənlər üçün ideal qida mənbəyinə çevirir.

Zülal və qida dəyəri baxımından zəngin

Keçi əti yüksək keyfiyyətli protein tərkibinə malikdir. Bu, əzələ qurmaq və bədən toxumalarının bərpası üçün vacibdir. Az yağlı olması sayəsində çəki nəzarətinə kömək edir və uzun müddət tox qalmağı təmin edir. Xüsusilə idmançılar və aktiv həyat tərzi keçirənlər üçün əla seçimdir.

Vitamin və minerallarla zəngindir

Dəmir, sink və B12 vitamini baxımından zəngin olan keçi əti immun sistemini gücləndirir, qan dövranını tənzimləyir və bədən funksiyalarının optimal işləməsini təmin edir. Xüsusilə B12 vitamini sinir sistemi və beyin sağlamlığı üçün vacibdir.

Həzm üçün faydalıdır

Keçi əti asan həzm olunan qida mənbəyidir. Aşağı yağ tərkibi və yüngül quruluşu sayəsində həzm sisteminə yüklənmir, bağırsaq sağlamlığını qoruyur və mədə problemlərinin qarşısını alır.

Kaliumla zəngin – su balansını qoruyur

Keçi əti yüksək kalium tərkibi ilə bədənin su və elektrolit balansını tənzimləyir, əzələ funksiyalarını və sinir keçiriciliyini dəstəkləyir.

Keçi əti sağlam qidalanmaq istəyənlər üçün əla seçimdir. Aşağı yağ və yüksək protein tərkibi ilə həm ürək sağlamlığını qoruyur, həm də çəki nəzarətinə kömək edir. Eyni zamanda vitamin və mineral baxımından zəngin olması onu immunitet gücləndirici və enerjiverici qida mənbəyinə çevirir. Sağlam qidalanmağa keçid etməyi düşünürsünüzsə, keçi ətini menyunuza əlavə edə bilərsiniz!

Tərcümə: Könül Oruc

E-saglam.az