Sağlamlıq
Hər gün yeyirsiniz,
Sağlamlıq
173

Hər gün yeyirsiniz, beyni uyuşdurur

Amerikada hər gün bir insan orta hesabla 17 çay qaşığı şəkər istehlak edir.

E-saglam.az xəbər verir ki, Prinston Universitetindən Dos. Dr. Nicole Avena xəbərdarlıq edir:

“Beyin şəkərə, narkotiklərə verdiyi reaksiya kimi reaksiya verir”.

Şəkər və qida asılılığı

İstanbulda keçirilən 6-cı Qlobal Davranış Asılılığı Konqresində çıxış edən Dr. Avena, qida və şəkər asılılığının piylənmənin əsas səbəblərindən biri olduğunu vurğulayıb. O qeyd edir ki, piylənmə artıq qlobal bir sağlamlıq problemidir.

Beyin qədimdir, həyat tərzi yenidir

Avena izah edir ki, müasir dövrdə insanlar yeməyə asanlıqla çıxış əldə edirlər. Supermarketlər, onlayn sifarişlər və hazır yeməklər bu prosesi sürətləndirib.

Lakin insan beyni hələ də min illər əvvəlki ovçu-yığıcı beyin quruluşunu daşıyır. Bu səbəbdən, bədənimiz bu qədər yemək bolluğuna uyğunlaşa bilmir.

Porsiyalar böyüyüb

20 il əvvəl bir simit təxminən 140 kalori idi. Bu gün isə 350 kaloriyə çatıb.

Avena bildirir ki, porsiyaların böyüməsi də piylənməyə səbəb olan əsas faktorlardandır.

Ultra emal olunmuş qidalar təhlükəlidir

Hazırda marketlərdə satılan bir çox məhsul, hətta qablaşdırılmış yerkökü belə, müxtəlif qatqılarla doludur.

Bir araşdırmada məlum olub ki, 2676 qida məhsulunun 57.9%-ində əlavə şəkər var.

Şəkər asılılıq yaradır

ABŞ-da hər kəs gündə 270 kalori şəkəri — yəni 17 çay qaşığını — təkcə qida və içkilərdən alır.

Dr. Avena qeyd edir ki, şəkər beyində dərmanlar kimi təsir göstərir və asılılıq yaradır.

Uşaqlar da risk altındadır

5-17 yaş arası uşaqlarla aparılan araşdırma göstərib ki, onların enerji ehtiyaclarının 24.5%-i ultra işlənmiş qidalardan gəlir. Bu, uşaqların da şəkər və emal olunmuş qidalara aludə olduğunu göstərir.

Şəkərsiz qalmaq narahatlıq yaradır

Siçanlar üzərində aparılan araşdırmalarda məlum olub ki, şəkərdən məhrum edilən heyvanlar narahatlıq əlamətləri göstəriblər.

Bu da şəkərin həqiqətən asılılıq yaratdığını sübut edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun