Endokrinoloq və diyetoloq İnna Misnikova brokolinin tərkibində çoxlu faydalı maddələr olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, həkim tərəvəzin faydalı xüsusiyyətlərini açıqlayıb.
“Brokoli hər gün süfrənizdə olmağa layiq tərəvəzdir. Onun faydalı xassələrinin sirri sağlamlığı yaxşılaşdıran və orqanizmi müxtəlif xəstəliklərdən qoruyan antioksidantlarda və iltihabəleyhinə birləşmələrdədir”, - Misnikova yazıb.
Həkimin sözlərinə görə, brokolinin tərkibində immun hüceyrələrin fəaliyyətinə təsir edərək orqanizmdə iltihabı azaldan və xərçəngdən qoruyan sulforafan maddəsi var. Bundan əlavə, bu növ kələmdə bəzi xərçəng növlərinin riskini azaldan bir birləşmə olan indol-3-karbinol var. O, həmçinin piylənmənin, diabetin, ürək-damar xəstəliklərinin, neyrodegenerativ xəstəliklərin və osteoporozun qarşısını alır.
Misnikova əlavə edib ki, brokolinin güclü antioksidant kuersetin ilə zəngindir. "Brokolinin tərkibində olan bu flavonoid qocalma prosesini ləngidir və qocalıq demansının inkişaf riskini azaldır", - endokrinoloq izah edib.
Brokoli tərkibindəki A vitamini sayəsində gözlərinizi xəstəliklərdən qoruyur.
Kalsiumla zəngin olan brokoli sümüklərin də dostudur. Hamiləlikdən öncə və sonra yaranan kalsium çatışmazlığını aradan qaldırır.
Brokoli tərkibindəki kalium sayəsində sinir sistemi sağlamlığını stimullaşdırır.
Kalsium saç köklərini gücləndirir və saç dərisini qidalandırır.
Ürəyimizin dostudur. Qan təzyiqini və xolestrin səviyyəsini normallaşdırır, damarları tonuslandırır və ürəyin sağlam şəkildə çalışmasını təmin edir.
Tərcümə: Könül Oruc