Limonlu suya hətta təbii enerji içkisi deyirlər. Həqiqətən bu içki insanın əhvalını yaxşılaşdırır, orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir.
Sizə limonlu suyun sağlamlıq üçün bəzi faydalarını təqdim edirik:
- Maddələr mübadiləsini və həzm sisteminin işini tənzimləməyə yardım edir.
E-saglam.az bildirir ki, limonlu su qaraciyər üçün çox faydalıdır.
- Orqanizmi ziyanlı maddələrdən təmizləyir.
- Orqanizmə iltihab əleyhinə təsir edir.
- Damarların sağlamlığını qoruyur, damarları təmizləyir, daha möhkəm və elastik edir, trombların əmələ gəlməsi riskini azaldır.
- Orqanizmin turşu-qələvi balansını tənzimləyir, orqanizmə qələviləşdirici təsir edir. Bu isə müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin riskini azaldır.
- Podaqra zamanı faydalıdır, oynaq ağrılarını azaldır.
- Arıqlamağa kömək edir.
- Dərinin vəziyyətinə müsbət təsir edir, dərini cavanlaşdırır.
- Soyqudəymə və qripp zamanı sağalmanı tezləşdirir.
Limonlu suyu hazırlamaq üçün sadəcə 1 stəkan qaynanmış su və 1 dilim limon lazımdır. İçin ki, sağlam olasınız!/saglamolun.az/